"Ayntraxt"ın qapıçısı Kevin Trapp Fransaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Liqa 1-ə yüksələn "Paris" almaniyalı qolkiperi transfer etmək istəyir. PSJ-nin sabiq futbolçusu özü də Fransaya qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Kevin Trapp ötən mövsüm "Ayntraxt"ın heyətində 36 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest