"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Mert Müldür sıradan çıxıb.

Türkiyə millisinin üzvü Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Feyenord"la cavab matçında çiynindən zədələnib. 26 yaşlı sağ cinah müdafiəçisi əməliyyat olunacaq.

Təcrübəli futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mert Müldür bu mövsüm "Fənərbaxça"nın heyətində 2 rəsmi oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest