13 Avqust 2025, 14:59
FUTBOL
"Eyüpspor"un qapıçısı Berke Özer karyerasını Fransada davamn etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Lukas Şevalyeni PSJ-yə satan "Lill" Türkiyə millisinin üzvünü transfer edəcək. Liqa 1 təmsilçisi 25 yaşlı qolkiper üçün 5 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 4 illik müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Berke Özer 2023-cü ilin yanvar ayından "Eyüpspor"da çıxış edir.