"Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, taktiki cəhətdən düzgün oyun keçirəcəyik və dueldən qalib çıxacağıq"

"Levski" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsinda "Sabah"ın qonağı olacaq.

Matc.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş direktoru Daniel Borimirov yerli mətbuata açıqlama verib. Klub rəsmisi Azərbaycanda uğurlu nəticə əldə edəcəklərinə inandığını deyib:

"Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, taktiki cəhətdən düzgün oyun keçirəcəyik və dueldən qalib çıxacağıq. Heç bir qarşılaşma digərinə bənzəmir. Ona görə də bizim üçün ən vacibi baş məşqçinin komandanın qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdir. Düşünürəm ki, onlar buna nail olacaqlar".

Qeyd edək ki, "Sabah" Sofiyada keçirilən ilk matçda "Levski"yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu ayın 14-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest