13 Avqust 2025, 14:17
FUTBOL
"Aston Villa" ötən mövsümün ikinci yarısında PSJ-dən icarəyə götürdüyü Marko Asensionun transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Premyer Liqa təmsilçisi ispaniyalı hücumameyilli yarımmüdafiəçi üçün Paris klubuna rəsmi təklif göndərəcək. PSJ 29 yaşlı oyunçunu 20 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Marko Asensio ötən mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 21 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.