13 Avqust 2025, 13:54
FUTBOL
"Liverpul" "Kristal Pelas"ın kapitanı Mark Qehini transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisayd təmsilçisi yaxın günlərdə İngiltərə millisinin üzvünün keçidini rəsmiləşdirəcək. Transfer təxminən 35-40 milyon avroya başa gələcək.
Qeyd edək ki, Mark Qehi ötən mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 44 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.