13 Avqust 2025, 13:35
MPL
Pedro Mateusun son klubu Portuqaliyada “Feirense” olub. Təcrübəli qolkiper San-Tome və Prinsipi millisinin üzvüdür.
Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Pedro Mateusu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedro Mateusun son klubu Portuqaliyada “Feirense” olub. Təcrübəli qolkiper San-Tome və Prinsipi millisinin üzvüdür.