13 Avqust 2025, 12:38
FUTBOL
İngiltərənin "Bornmut" klubu heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lill"dən Bafode Diakiteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bornmut" fransalı futbolçu üçün onun klubuna 35 milyon avro təzminat ödəyib. 24 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bafode Diakite ötən mövsüm "Lill"in heyətində keçirdiyi 48 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.