"Aston Villa"nın yarımmüdafiəçisi Ceykob Remzi Premyer Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" ingiltərəli futbolçunun keçidini yekunlaşdırmağa yaxındır. "Sağsağanlar" 24 yaşlı oyunçu üçün onun klubuna 40 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Ceykob Remzi ötən mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest