22 Avqust 2025, 14:50
FUTBOL
“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
İstanbul nəhəngi braziliyalı vinger üçün İngiltərə klubuna 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Antoni ötən mövsümün ikinci yarısında icarə əsasında “Betis”in formasını geyinib.