22 Avqust 2025, 13:34
FUTBOL
“Reyncers”in müdafiəçisi Rıdvan Yılmaz ölkəsinə qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
“Beşiktaş” Türkiyə millisinin üzvünün transferi üçün Şotlandiya klubu ilə anlaşıb. 24 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Reyncers” Rıdval Yılmazı 2022-ci ilin yayında “Beşiktaş”dan transfer edib.