“Fənərbaxça” “Vest Hem”də çıxış edən Edson Alvaresin keçidini həll edib.

Matc.az xəbər verir ki, Meksika millisinin üzvü Türkiyə klubu ilə  müqavilə imzalamaq üçün İstanbula yola düşüb. 27 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək.

“Fənərbaxça” təcrübəlli oyunçunu satınalma bəndi ilə icarəyə götürür.

Qeyd edək ki,  Edson Alvares ötən mövsüm “Vest Hem”in heyətində keçirdiyi 31 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest