22 Avqust 2025, 10:38
FUTBOL
"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sanah" nəşri məlumat yayıb.
NEOM türkiyəli vingeri transfer etmək istəyir. Ərəblər İstanbul klubuna 40 dollarlıq təklif göndərib. “Qalatasaray” 50 milyon dollar tələb edir.
NEOM-dan illik 9 milyon dollar maaş təklifi alan 25 yaşlı oyunçu Səudiyyə Ərəbistanına yollanmaq istəyir.
Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 2 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.