“Fənərbaxça”nın heyətinə qatmaq istədiyi Marko Asensio karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

“Bavariya” ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarında yer almayan 29 yaşlı oyunçu Münhen təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, Marko Aasensio ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest