“Səbail”in sabiq futbolçusu Pedro Nunonun yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, portuqaliyalı hücumameyilli  yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

Pedro “Otelul”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı  oyunçu ilə  1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pedro Nuno 2023/2024 mövsümündə “Səbail”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest