22 Avqust 2025, 11:59
FUTBOL
“Tottenhem”in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Deyan Kulusevski sıradan çıxıb. Bu barədə “Guardian” nəşri məlumat yayıb.
İsveçli futbolçu dizindən zədə alıb. 25 yaşlı oyunçu 2025-ci ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Deyan Kulusevski ötən mövsüm “Tottenhem”in heyətində keçirdiyi 50 oyunda 10 qol vurub, 11 qol ötürməsi edib.