Marko Veşoviç karyerasını Xorvatiyanın "Lokomotiv" klubunda davam etdirəcək.

"Qarabağ"dan ayrılan Marko Veşoviç karyerasını Xorvatiyanın "Lokomotiv" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı monteneqrolu sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest