"Bavariya"nın yarımmüdafiəçisi Pol Vanner karyerasını Niderland çempionatında davam etdirəcək.

Matc.az xəbər verir ki, PSV alman futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.

Tərəflər arasında müqavilə 5 il - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transferin qiyməti 15 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, ötən mövsüm Uanner "Haydenhaym"da icarə əsasında çıxış edib. O, 41 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest