İspaniyanın "Vilyarreal" klubu rəsmi internet saytında 2032-ci ilin iyun ayına qədər müqavilə ilə Londonun "Çelsi" klubundan portuqaliyalı mərkəz müdafiəçisi Renato Veyqanın transferini elan edib.
"Vilyarreal" "Çelsi"nin portuqaliyalı mərkəz müdafiəçisi Renato Veyqanın transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçu ilə 2032-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. Portuqaliya millisinin futbolçusunun transfer qiyməti 24,5 milyon avro olub.
Qeyd edək ki, "Çelsi"nin heyətində 22 yaşlı Veyqa bütün turnirlərdə 18 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Londonlularla birlikdə portuqaliyalı futbolçu ötən mövsüm Konfrans Liqasının qalibi olub. Milli komandanın tərkibində isə bu yay Veqa Millətlər Liqasının çempionu olub.