20 Avqust 2025, 16:55
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İtaliyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
"Verona" danimarkalı futbolçunu satınalma bəndi ilə icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub.
26 yaşlı mərkəz müdafiəçisi İtaliyaya geedərək A Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Viktor Nelsson ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"nın formasını geyinib.