"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu "sarı-qırmızılar"ın 15 milyon funt-sterlinqlik təklifini qəbul edib. "Qalatasaray" 30 yaşlı isveçrəli mərkəz müdafiəçisi ilə danışıqları davam etdirir.

Qeyd edək ki, Manuel Akanci ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 39 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest