Avropa Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə azarkeşlər 4 futbolçu arasında seçim edib.
 
Nəticədə Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Bruno Fernandes turun ən yaxşısı seçilib. 25 yaşlı futbolçu Hollandiya nəhəngi PSV ilə ev oyununda (4:0) 2 qol, 2 məhsuldar ötürmə sayəsində buna nail olub.
 
Bruno Fernandes digər iddiaçılar Vensan Abubakar ("Portu"), Raul Ximenes ("Vulverhempton") və Daiti Kamadanı ("Ayntraxt") qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest