Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun "Sevilya"nın hücumçusu Brayan Gil üçün əlamətdar olub. Gənc forvard İspaniya tarixinə düşüb. O buna matçın 61-ci dəqiqəsində vurduğu qolla nail olub. Belə ki, 54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil XXI əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun "Sevilya"nın hücumçusu Brayan Gil üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard İspaniya tarixinə düşüb.

O buna matçın 61-ci dəqiqəsində vurduğu qolla nail olub. Belə ki, 54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil XXI əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.

2001-ci il təvəllüdlü Gil eyni zamanda "Sevilya"da ikinci qoluna imza atıb. O, siftəni ötən mövsüm La Liqada "Rayo Valyekano" ilə görüşdə etmişdi.

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest