Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi olan "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam klubu İspaniyada "Sevilya"nın qonağı olub və məğlubiyyətlə üzləşərək qrupda qalıb. Qrupun digər matçında APOEL "Düdelanj"la üz-üzə gəlib və inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
 
Türkiyənin "Trabzonspor" klubu bu turda "Xetafe"ni, "Beşiktaş" "Slovan"ı, "Başakşəhər" isə "Roma"nı qəbul edib. "Beşiktaş"ın əzmkar qələbəyə sevindiyi gündə digər Türkiyə klubları məğlubiyyətlə üzləşib.
 
İngiltərənin "Arsenal" klubu Frankfurt "Ayntraxt"ını sınağa çəkib və məğlub olub. "Mançester Yunayted" isə "Astana" səfərində məğlubiyyətlə üzləşib.
 
Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" "Volfsburq"la qarşılaşmadan xalsız ayrılıb.
 
Avropa Liqası
28 noyabr
 
L qrupu
 
Astana (Qazaxıstan) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Şomko, 55. Bernard, 62-öz qapısına – Linqard, 10.
 
Alkmaar (Hollandiya) – Partizan (Serbiya) 2:2
Qol: Druiyf, 88; 90+2 – Asano, 16. Soumah, 27.
 
C qrupu
 
Krasnodar (Rusiya) – Bazel (İsveçrə) 1:0
Qol: Ari, 72-pen.
 
Trabzonspor (Türkiyə) – Xetafe (İspaniya) 0:1
Qol: Mata, 50.
 
J qrupu
 
Başakşəhər (Türkiyə) – Roma (İtaliya) 0:3
Qol: Veretu, 30-pen. Kluyvert, 41. Dzeko, 45+1.
 
Volfsberq (Avstriya) – Borussiya (Münhenqladbax, Almaniya) 0:1
Qol: Ştindl, 60.
 
H qrupu
 
çSKA (Rusiya) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol: çalov, 76 – Keseru, 66.
 
Ferentsvaroş (Macarıstan) – Espanyol (İspaniya) 2:2
Qol: Siqer, 23. Skvarka, 90+1-pen – Melendo, 31. Darder, 90+6.
 
G qrupu
 
Feyenoord (Hollandiya) – Reyncers (Şotlandiya) 2:2
Qol: Toornstra, 33. Sinisterra, 68 – Morelos, 53; 65.
 
Yanq Boyz (İsveçrə) – Portu (Portuqaliya) 1:2
Qol: Faasnaxt, 6 – Abubakar, 76; 79.
 
I qrupu
 
Aleksandriya (Ukrayna) – Volfsburq (Almaniya) 0:1
Qol: Veqorst, 45+1-pen.
 
Sent-Etyen (Fransa) – Gent (Belçika) 0:0
 
F qrupu
 
Arsenal (İngiltərə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Qol: Obameyanq, 45+1 – Kamada, 55; 64.
 
Vitoriya (Portuqaliya) – Standard (Lyej, Belçika) 1:1
Qol: A.Pereyra, 45+2 – Lestyenn, 40-pen.
 
E qrupu
 
Seltik (Şotlandiya) – Renn (Fransa) 3:1
Qol: Morqan, 22. Kristie, 45+1. Conston, 74 – Hunu, 89.
 
Latsio (İtaliya) – çFR (Kluj, Rumıniya) 1:0
Qol: Korrea, 24.
 
B qrupu
 
Luqano (İsveçrə) – Kopenhagen (Danimarka) 0:1
Qol: Tomsen, 27.
 
Malmö (İsveç) – Dinamo (Kiyev, Ukrayna) 4:3
Qol: Benqtsson, 2. Rosenberq, 48; 90+6. Rakip, 57 – Mikolenko, 18. Tsiqankov, 39. Verbiç, 77.
 
D qrupu
 
Rusenborq (Norveç) – LASK (Avstriya) 1:2
Qol: Consen, 45 – Qoyqinger, 20. Frayzer, 54.
 
Sportinq (Portuqaliya) – PSV (Hollandiya) 4:0
Qol: Felipe, 9. Fernandes, 16; 64-pen. Mateu, 43.
 
A qrupu
 
Düdelanj (Lüksemburq) – APOEL (Kipr) 0:2
Qol: Matiç, 12-pen. Merkis, 43.
 
Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan) 2:0
Qol: Xil, 61. Dabbur, 90+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest