14 Aprel 2026, 20:28
FUTBOL
"Nyukasl"ın cinah oyunçusu Entoni Qordon yay "transfer pəncərəsi" üçün "Bavariya"nın prioritet hədəfidir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.
Oyunçunun transfer dəyəri 60-70 milyon avro olaraq qiymətləndirilir. Qordon transferə razı olarsa, Münhen klubu bu məbləği ödəməyə hazırdır.
Qordonun "Nyukasl"da qalmaq ehtimalını nəzərə alan "Bavariya", alternativ variantları da araşdırır.
Qeyd edək ki, "Nyukasl" Qordonu "Everton"dan 45,6 milyon avroya alıb. Bu mövsüm Entoni klubun heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.












