2025/26 mövsümünün başa çatmasından sonra UEFA ölkə əmsalları cədvəlini yeniləyib.
Matc.az xəbər verir ki, İngiltərə 119,519 xalla ardıcıl 6-cı dəfə reytinqə başçılıq edir.
Avrokuboklarda mövsümün ən yaxşıları olan İngiltərə və İspaniya növbəti mövsüm Çempionlar Liqasına əlavə bir komanda göndərmək hüququ əldə ediblər.
Digər diqqətçəkən məqam isə Türkiyənin Çexiyanı geridə qoyaraq 9-cu yerə yüksəlməsidir.
Azərbaycan isə 5 illik cədvəldə 22,937 əmsalla 27-ci yerdədir. Ölkəmiz ötən mövsümü 30-cu sırada başa vurduğu halda, bu mövsümün yekununda 27-ci yerə yüksəlməyi bacarıb.
Cari mövsümdə toplanan 5,812 xal (bunun 80%-dən çoxu "Qarabağ"ın aktivindədir) ölkəmizi bu mövsüm ən çox xal yığan 21-ci Avropa dövlətinə çevirib. Təmsilçilərimiz cari mövsümdə Şotlandiya, Avstriya və Serbiya kimi ölkələrdən daha çox xal toplamaqla böyük uğura imza atıblar.












