"Daimi və fasiləsiz işdir. Bu gün əvəzetmələr matçın taleyində həlledici rol oynadı".

PSJ 2025/26 mövsümündə Çempionlar Liqasının finalında "Arsenal" üzərində qələbə qazanaraq kuboka sahib çıxıb (1:1, penaltilərlə 4:3).

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra Paris klubunun baş məşqçisi Luis Enrike komandasının tarixi qalibiyyətini şərh edib.

İspaniyalı mütəxəssis rəqibin gücünü etiraf edərək uğurun sirrini açıqlayıb:

"Çox güclü bir komandanı məğlub etdik. Matç olduqca gərgin keçdi və ilk dəqiqələrdən hər şey bizim üçün çətin idi. Uğurumuzun sirri? Daimi və fasiləsiz işdir. Bu gün əvəzetmələr matçın taleyində həlledici rol oynadı. Qonsalo, Beraldo, Bredli, Uorren... Onların hər biri ilk dəqiqələrdən oynamağa layiq idilər. Heyətdə bu qədər yaxşı futbolçu olduqda, düzgün seçimlər etmək həqiqətən çox çətindir".

Qeyd edək ki, PSJ ardıcıl iki mövsüm Çempionlar Liqasının qalibi olan ikinci klub kimi adını futbol tarixinə yazdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest