ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı öncəsi iştirakçı komandaların ümumi transfer dəyərləri açıqlanıb. Fransa millisi heyətinin ümumi qiymətinə görə turnirin ən bahalı komandası olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" nəşri yayıb.
Fransa yığmasının heyətində yer alan futbolçuların ümumi transfer dəyəri 1,47 milyard avro təşkil edir. Siyahıda ikinci pillədə İngiltərə (1,32 milyard avro), üçüncü yerdə isə İspaniya (1,27 milyard avro) qərarlaşıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı bu il 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Futbol tarixində ilk dəfə olaraq dünya çempionatında 48 milli komanda mübarizə aparacaq.
Turnirin açılış matçı iyunun 11-də Meksika və Cənubi Afrika arasında Mexiko şəhərindəki məşhur "Azteka" stadionunda baş tutacaq.









_1780155699.jpg)



