"Qarabağ" futbol klubunun İdarə Heyətinin və Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov dünya futbolunun ali rəhbərliyi ilə mühüm görüşlər keçirib.

"Qarabağ" futbol klubunun İdarə Heyətinin və Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov dünya futbolunun ali rəhbərliyi ilə mühüm görüşlər keçirib.

Matc.az xəbər verir ki, klub rəsmisi sosial şəbəkə hesabında turnirlərin püşkatma mərasimlərindən yaxşı tanıdığımız UEFA baş katibinin müavini Corco Markettiyə "Qarabağ" forması təqdim etdiyini paylaşıb. A.Əsgərov bu xüsusi hədiyyəni Ağdam klubunun prezidenti Tahir Gözəlin adından bağışladığını bildirib.

Görüş zamanı maraqlı tarixi anlar da yada salınıb. Belə ki, Əsgərov paylaşımında 2014/15 mövsümündə Avropa Liqasında keçirilən və "Qarabağ"ın Avropa tarixində xüsusi yer tutan məlum "İnter" (Milan) matçını Marketto ilə birgə xatırladıqlarını qeyd edib.

Asif Əsgərov həmçinin FİFA-da regional assosiasiyalar üzrə direktor vəzifəsini icra edən Elxan Məmmədovun vasitəçiliyi ilə FİFA prezidenti Canni İnfantino ilə də bir araya gəlib və ali futbol qurumunun rəhbəri ilə səmimi söhbət edərək xatirə fotosu çəkdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest