"Opta" superkompüteri UEFA Çempionlar Liqasının Budapeştdə keçiriləcək böyük finalı öncəsi PSJ və "Arsenal" komandaları arasındakı şansları dəyərləndirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı məşhur "Opta Analyst" portalı yayıb.
Süni intellektin analizlərinə əsasən, son çempion Fransa nəhənginin titulunu qorumaq şansı 56% təşkil edir. İngiltərə təmsilçisi "topçular"ın tarixi zəfərə imza atmaq ehtimalı isə 44% olaraq qiymətləndirilir.
Qeyd edək ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Macarıstanın paytaxtı Budapeştdə yerləşən möhtəşəm "Puşkaş Arena"da baş tutacaq. Final matçını almaniyalı baş hakim Daniel Sibert idarə edəcək. Çempionluq görüşünün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
Xatırladaq ki, PSJ 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub. Paris komandası əvvəlki turnirin finalında İtaliya "İnter"ini 5:0 hesabı ilə darmadağın edərək kuboku muzeyinə aparmışdı.







_1780155699.jpg)





