"Liverpul"la yollarını ayıran misirli ulduz futbolçu Məhəmməd Salah karyerasını Yaxın Şərqdə davam etdirə bilər. Səudiyyə Ərəbistanı klublarından biri təcrübəli cinah oyunçusuna rəsmi və uzunmüddətli təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.

Ərəb klubunun nümayəndələri son günlərdə 33 yaşlı futbolçu və onun meneceri ilə yenidən birbaşa əlaqə saxlayıblar. Salaha 2028-ci ilin yayına qədər müqavilə və daha bir mövsüm (2029-cu ilə qədər) uzatma opsiyası təklif olunub.

İngiltərə klubu ilə müqavilə müddəti başa çatan və "Liverpul" forması ilə artıq son oyununa çıxdığı bildirilən ulduz hücumçu Səudiyyə Ərəbistanına azad agent statusu ilə yollanacaq. Səudiyyə təmsilçisi transfer haqqı ödəmədən bu keçidi bitirməkdə olduqca israrlıdır.

Qeyd edək ki, Salah arxada qalan mövsümdə Mersisayd klubunun heyətində bütün turnirlər daxil olmaqla 41 rəsmi matçda meydana çıxıb. Misirli ulduz bu oyunlarda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest