İngiltərənin "Liverpul" klubu baş məşqçisi Arne Slotla yollarını ayırdığını rəsmən açıqlayıb.
İngiltərənin "Liverpul" klubu baş məşqçisi Arne Slotla yollarını ayırdığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Mersisayd təmsilçisinin mətbuat xidməti yayıb.
Niderlandlı mütəxəssis "qırmızılar"ın sükanı arxasına 2024-cü ilin yayında keçmişdi. Onun rəhbərliyi altında "Liverpul" uğurlu start götürərək 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının çempionu titulu qazanmağı bacarmışdı.
Buna baxmayaraq, başa çatan cari mövsümdə komandanın çıxışı uğurlu alınmayıb. Mersisaydlılar Premyer Liqada ümumilikdə 60 xal toplayaraq mövsümü 5-ci pillədə başa vurublar. Bu nəticənin ardınca klub rəhbərliyi 47 yaşlı mütəxəssislə müqaviləyə xitam vermək qərarına gəlib.
Qeyd edək ki, "Liverpul"a təyin olunmazdan əvvəl Arne Slot vətənində "Feyenoord" klubunu çalışdırıb.













