Arne Slotla yollarını ayıran "Liverpul" rəhbərliyi boş qalan baş məşqçi postu üçün namizədləri müəyyənləşdirib. Mersisayd təmsilçisinin hədəfində 3 fərqli mütəxəssis var.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "The Athletic" nəşri məlumat yayıb.
"Qırmızılar"ın siyahısında ilk sırada "Bornmut"un meneceri Andoni İraola qərarlaşıb. Klub rəhbərliyi ispan mütəxəssislə yanaşı, Almaniya "Ştutqart"ına rəhbərlik edən Sebastian Höneesi və Fransa "Lans"ının baş məşqçisi Pyer Sajanı da namizədlər sırasına daxil edib.
Qeyd edək ki, hər iki digər namizəd başa çatan mövsümdə böyük uğura imza atıblar. Sebastian Höneesin rəhbərliyi altında "Ştutqart" 62 xal toplayaraq Bundesliqanı 4-cü pillədə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb. Pyer Sajanın "Lans"ı isə Fransa Liqa 1-də 70 xalla turnir cədvəlinin 2-ci yerini tutaraq Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
Xatırladaq ki, "Liverpul" rəhbərliyi Arne Slotun işdən çıxarılmasını rəsmi olaraq bu gün – 30 may şənbə günü elan edib. Niderlandlı mütəxəssis komandaya 2024-cü ilin yayından bəri rəhbərlik edirdi.








_1780155699.jpg)




