"İnter" "Liverpul"un yarımmüdafiəçisi Körtis Consu heyətinə qatmaq üçün transfer danışıqlarını davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.

Milan təmsilçisi hələ qış "transfer pəncərəsi" zamanından bəri ingilis futbolçunu heyətə qatmağı əsas hədəf olaraq müəyyənləşdirib və bu istiqamətdə işləri fəal şəkildə sürdürür. "Liverpul"un öz akademiyasının yetirməsi olan Cons da karyerasını İtaliyada davam etdirməyə və "neradzurri"yə keçməyə müsbət yanaşır.

Hazırda klublar arasında maliyyə rəqəmləri üzərində ciddi müzakirələr gedir. "İnter"in ilkin olaraq təklif etdiyi 20 milyon avroluq məbləğ Mersisayd təmsilçisini qane etmədiyi üçün hələlik rəsmi razılıq əldə olunmayıb. İngiltərə klubu futbolçusu üçün daha yüksək təzminat tələb edir. Buna baxmayaraq, tərəflər arasında danışıqlar müsbət fonda irəliləyir və yaxın vaxtlarda ortaq məxrəcə gəlinəcəyi gözlənilir.

Qeyd edək ki, Körtis Cons "Liverpul"un gənclər sisteminin yetirməsidir. 25 yaşlı mərkəz yarımmüdafiəçisi 2020-ci ildən bəri Mersisayd klubunun əsas komandasında çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest