İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün rəmzi yığması tərtib edilib.

Matc.az xəbər verir ki, azarkeşlərin səsverməsi əsasında müəyyənləşən heyət turnirin rəsmi saytında dərc olunub.

Dünyanın müxtəlif ölkələrindən 200 mindən çox insanın qatıldığı səsvermənin nəticələrinə görə rəmzi komandada aşağıdakı futbolçular yer alıb:

Qapıçı:David Raya ("Arsenal").

Müdafiəçilər:Yurrien Timber, Qabriel Maqalayeş, Vilyam Saliba (hamısı "Arsenal"), Niko Oreylli ("Mançester Siti").

Yarımmüdafiəçilər:Dominik Soboslai ("Liverpul"), Deklan Rays ("Arsenal"), Bruno Fernandes ("Mançester Yunayted").

Hücumçular:İqor Tiaqo ("Brentford"), Erlinq Haland ("Mançester Siti"), Antuan Semenyo ("Bornmut" / "Mançester Siti").

Qeyd edək ki, mövsümün yekunlarına əsasən, Londonun "Arsenal" klubu 85 xalla İngiltərə çempionu olub. "Mançester Siti" mövsümü ikinci (78 xal), "Mançester Yunayted" üçüncü (71 xal), "Aston Villa" isə dördüncü yerdə (65 xal) başa vurub.

Premyer Liqanı tərk edən "Vest Hem" (39 xal), "Börnli" (22 xal) və "Vulverhempton" (20 xal) klublarını növbəti mövsümdə "Koventri Siti", "İpsviç Taun" və "Hall Siti" əvəzləyəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest