Cesse Sekidikanın övsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

"Sabah" Cesse Sekidika ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, 29 yaşlı nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, klubun heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Sekidika "Sabah"da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest