Tanınmış ispaniyalı mütəxəssis Xavi Hernandes İtaliyanın "Milan" klubunu çalıştırmaq şansından imtina edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Calciomercato" portalı yayıb.

Bildirilir ki, 46 yaşlı mütəxəssis hazırda klub səviyyəsində məşqçilik etməkdə maraqlı deyil. Onun əsas planı 2026-cı il dünya çempionatından sonra hər hansı bir milli komandaya rəhbərlik etməkdir. Təcrübəli məşqçinin əsas prioriteti isə İspaniya yığmasının sükanı arxasına keçməkdir.

Xavi "Milan"ın təklifini geri çevirən ilk mütəxəssis deyil. Ondan əvvəl həmyerlisi Andoni İraola da "rossoneri"yə "yox" deyib. İraola hazırda İngiltərənin "Kristal Pelas" və Almaniyanın "Bayer" (Leverkuzen) klublarından gələn təkliflər arasında seçim edir.

Qeyd edək ki, "Barselona"nın əfsanəsi olan Xavi Hernandes 2024-cü ildə yollarını ayırdığı Kataloniya klubundan getdikdən bəri heç bir komandada çalışmayıb və azad agent statusundadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest