31 May 2026, 11:18
FUTBOL
"Liverpul"un baş məşqçisi Arne Slotun gözlənilməz gedişi komandanın əfsanəsi Məhəmməd Salahın gələcək taleyini tamamilə dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "indykaila News" paylaşıb.
Bildirlir ki, misirli ulduz futbolçunun Mersisayd klubunda qalmağa isti yanaşır. Rəhbərlik futbolçu ilə əlaqə saxlayacağı təqdirdə, Salah qərarına yenidən baxa bilər.
Xatırladaq ki, Premyer Liqanın sonuncu turunda azarkeşlərlə vidalaşan 33 yaşlı hücumçunun komandadan ayrılacağı dəqiqləşmişdi. Lakin klubda yeni dövrün başlanğıcını qoyan Slotun istefasından dərhal sonra Salahın öz agenti ilə təcili iclas keçirdiyi və "Liverpul" rəhbərliyinin addımını gözlədiyi vurğulanır.












