Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.

Matc.az xəbər verir ki, "Qəbələ" - "Mingəçevir" matçı "SOCAR Polymer Arena" təşkil olunacaq.

Saat 18:30-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək. Qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edəcək.

Xatırladaq ki, "Qəbələ" cari mövsüm isli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.

28 may (cümə axşamı)

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”, 18:30

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest