14 Aprel 2026, 13:12
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı-2027-nin seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Matc.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
14 aprel
Andorra (Qadınlar) - Azərbaycan (Qadınlar)
Milli Stadion. Saat 21:00
Baş hakim: Kristina Kozorox
Baş hakimin köməkçiləri: İrina Çayka, İrina Xoliyak
Dördüncü hakim: Veronika Vasilçenko
(Hakimlər briqadası Ukraynadandır)










_1776172132.jpg)

