​"Milan" yeni baş məşqçi axtarışlarını davam etdirir.

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi hazırda ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettino ilə artıq əlaqə yaradıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Tərəflər arasında aparılan ilk danışıqlar müsbət məcrada keçib. Argentinalı mütəxəssis yenidən klub səviyyəsində çalışmaq üçün DÇ-2026 başa çatdıqdan sonra ABŞ yığmasından ayrılmaq imkanını nəzərdən keçirir.

​"Rossoneri"nin Poçettinoya olan marağı Andoni İraolanın İtaliya klubuna rəhbərlik etməkdən imtina etməsindən sonra daha da güclənib. "Bornmut"un hazırkı baş məşqçisinin karyerasını "Bayer" və ya "Kristal Pelas"da davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, ​Maurisio Poçettino məşqçilik karyerası ərzində "Espanyol", "Sauthempton", "Tottenhem", PSJ və "Çelsi" kimi klublarda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest