"Barselona" Xulian Alvaresin transferi ilə bağlı "Atletikoya ilk rəsmi təklifini edib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Kataloniya təmsilçisi argentinalı hücumçu üçün 100 milyon avroluq təklif göndərib. Müqavilədə bonuslar və ya digər futbolçuların daxil edilməsi nəzərdə tutulmayıb.

Əvvəllər Alvaresin klubu tərk etmək istəyi ilə "Atletiko" rəhbərliyinə müraciət etdiyi bildirilirdi. Eyni zamanda, Madrid klubu 26 yaşlı forvardın satılmadığını ictimaiyyətə bəyan edib. KİV-in məlumatına görə, madridlilər öz hücumçularını 150 milyon avro dəyərində qiymətləndirirlər.

Qeyd edək ki, Xulian Alvares ​2025/2026 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlərdə 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest