"Real" yay "transfer pəncərəsi" üçün iddialı planlarını qurmağa başlayıb. "Kral klubu" heyətini həm köhnə tanışlar, həm də Avropanın nəhəng adları ilə gücləndirməyi hədəfləyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu COPE nəşri yayıb.

Madrid təmsilçisi 2025-ci ilin yayında "Osasuna"ya satdığı akademiyasının yetirməsi, cinah oyunçusu Viktor Munozu kluba qaytarmaqda maraqlıdır.

Lakin paytaxt klubunun hədəfləri bununla bitmir. Bildirilir ki, "Real" PSJ-nin gənc yarımmüdafiəçisi Joao Neves və "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini də yaxından izləyir.

Mətbuatda yayılan digər iddialara görə, "Real"ın sükanı arxasına keçməyə yaxın olan Joze Mourinyo şəxsən Bastoninin transferini təsdiqləyib və onun İspaniya nəhənginə keçidini istəyir.

Maraqlıdır ki, italyan müdafiəçinin adı bir müddət əvvəl "Barselona" ilə də hallanırdı. Lakin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik onun oyun üslubunun komandaya uyğun gəlməyəcəyini əsas gətirərək bu transferi bloklamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest