29 May 2026, 13:02
FUTBOL
"Nyukasl"ın futbolçusu Entoni Qordonun "Barselona"da nə qədər qazanacağı məlum olub.
Matc.az "Diario SPORT" nəşrinə istinadən xəbər verir ki, ingiltərəli vingerin maaşı Kataloniya klubuna keçidindən sonra iki dəfə artacaq. Qordon yeni komandasında ildə təxminən 7 milyon avro qazanacaq.
25 yaşlı oyunçu 2023-cü ildən bəri "Nyukasl"ın şərəfini qoruyur. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla ümumilikdə 46 matçda meydana çıxıb, bu oyunlarda 17 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.













