29 May 2026, 13:43
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Marko Asensioya maraq göstərən klubların sayı artıb.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sevilya" və "Real Sosyedad"dan sonra "Atletiko" da ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer siyahısınaa daxil edib. Türkiyə klubunun 30 yaşlı futbolçunu heyətdə saxlamağa çalışdığı və təklifləri dəyərləndirmək istəmədiyi bildirilir.
Qeyd edək ki, Marko Asensio başa çatan mövsümdə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 13 qol vurub, 14 qol ötürməsi edib.













