"Xetafe" İspaniya millisinin yarımmüdafiəçisi Mario Martini daimi olaraq heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Xetafe" 22 yaşlı futbolçunun "Real"a məxsus olan transfer hüququnu birdəfəlik alıb. Oyunçu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb. Keçidin maliyyə detalları rəsmən açıqlanmasa da, "Xetafe"nin Madrid klubuna 3,5 milyon avro ödədiyi bildirilir.

Xatırladaq ki, ötən yay "Xetafe"yə icarəyə verilən Martin qısa müddətdə komandanın əsas heyət üzvünə çevrilib. O, 2025/26 mövsümündə La Liqa və Kral Kubokunda ümumilikdə 37 rəsmi oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ümumilikdə La Liqada 67 matçda şans qazanan yarımmüdafiəçi müntəzəm olaraq İspaniyanın U-21 yığmasına da çağırılır və ölkənin ən perspektivli oyunçularından biri hesab olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest