"Barselona"nın futbolçusu Runi Bardqci növbəti transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ferran Korreas məlumat yayıb.

20 yaşlı vinger agentinə özü üçün yeni klub tapmağı tapşırıb. ​İsveçli oyunçu daimi oyun praktikasının olmamasından narazıdır. O, buna görə də müntəzəm olaraq meydana çıxa biləcəyi bir komandaya keçmək istəyir. Bununla yanaşı, qeyd edilir ki, futbolçu birdəfəlik transferdən çox, icarə variantına üstünlük verir.

​Bardqci ötən ilin yayında Danimarkanın "Kopenhagen" klubundan "Barselona"ya keçib. Runi 2025/26 mövsümündə Hans-Diter Flikin komandasının heyətində bütün turnirlərdə ümumilikdə 28 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest