Şamaxı təmsilçisi müdafiəçisi Rafael Məhərrəmli ilə yolla ayırıb.

"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Şamaxı təmsilçisi Rafael Məhərrəmlini yol salıb. 26 yaşlı sağ cinah müdafiəçisinin klubla müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu və Arsen Ağcabəyovla yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest