"Barselona"nın "Əl-Hilal"dan icarəyə götürdüyü Joao Kanselo İspaniyada qalacaq.

Matc.az xəbər verir ki, bu barədə "RAC1" məlumat yayıb.

İspaniya çempionu portuqaliyalı futbolçunun transfer hüquqlarına yiyələnib. Yaxın vaxtlarda "Barselona" 32 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisi Joao Kanselonu bu ilin yanvarında icarəyə götürüb. Təcrübəli müdafiəçi komandanın heyətində keçirdiyi 23 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest