"Barselona" "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiolanı transfer etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı COPE nəşri yayıb.
İspaniya nəhəngi xorvat mərkəz müdafiəçisini rənglərinə bağlamaqda olduqca istəklidir. "Şəhərlilər" isə 2028-ci ilə qədər müqaviləsi olan futbolçunu yaxşı bir təklif qarşılığında satmağa müsbət yanaşa bilər.
Qeyd edək ki, ulduz müdafiəçi daha əvvəl "Real" və "Bavariya"nın da maraq dairəsində olub. "Kral klubu" 2023-cü ildə Yoşko üçün cəhd etsə də, "Mançester Siti" həmin vaxt "Leypsiq"ə 90 milyon avro ödəyərək bu transferi bitirmişdi. Hazırda Münxen təmsilçisi də futbolçunu yenidən Bundesliqaya qaytarmaq istəyir.
Ötən mövsüm İngiltərə klubunun heyətində 24 oyuna çıxan Qvardiola 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Transfermarkt" portalı onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.













